Prokurorluq Bərdədə oğulun atanı qətlə yetirməsi barədə məlumat yayıb

Prokurorluq Bərdədə oğulun atanı qətlə yetirməsi barədə məlumat yayıb
# 31 may 2022 10:18 (UTC +04:00)

Prokurorluq Bərdədə oğulun atanı qətlə yetirməsi barədə məlumat yayıb.

Bərdə rayon prokurorluğundan APA-ya verilən məlumata görə, mayın 29-u saat 23 radələrində Bərdə rayonu, Mirzəcəfərli kənd sakini 1970-ci il təvəllüdlü Bulud Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bulud Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Kənan Fərzəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR