Prokurorluq Dövlət Gömrük Komitəsinin idarəsində əməliyyat keçirir, saxlanılanlar var - VİDEO - YENİLƏNİB

Prokurorluq Dövlət Gömrük Komitəsinin idarəsində əməliyyat keçirir, saxlanılanlar var - VİDEO  - YENİLƏNİB
# 26 yanvar 2023 14:29 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməliyyat tədbirləri davam edir.

APA xəbər verir ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Qanun pozuntularına yol verməkdə şübhəli bilinən şəxslərin dindirilməsi yekunlaşdıqdan sonra müvafiq qərar qəbul olunacaq.

***

10.21

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməliyyat keçirir.

APA xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya Dövlət Gömrük Komitəsində əməliyyat keçirilməsi faktını təsdiq ediblər.

Qeyd olunub ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu barədə ilk məlumatı "unikal.az" yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR