Prokurorluq işədüzəltmə ilə bağlı vətəndaşların aldadılması barədə müraciət edib - VİDEO

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 12 yanvar 2022 11:11 (UTC +04:00)

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu növ tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.
Hazırda təqdim olunan videoda işədüzəltmə agentlikləri və ya şirkətləri, o cümlədən məşğulluq idarələri tərəfindən vətəndaşlardan qanunsuz olaraq pul tələb edilməsi ilə bağlı məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR