Prokurorluq Sabunçu rayonundakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Sabunçu rayonundakı qətllə bağlı məlumat yayıb
# 11 noyabr 2022 23:56 (UTC +04:00)

Noyabrın 11-i saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri,1978-ci il təvəllüdlü Vidadi Müseyibovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sevinc Museyibovaya qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR