Prokurorluq Salyandakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Salyandakı qətllə bağlı məlumat yayıb
# 26 aprel 2022 09:52 (UTC +04:00)

Prokurorluq dünən Salyanda baş verən qətl barədə məlumat yayıb.

Salyan rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aprelin 25-i saat 23 radələrində Salyan rayonu, Təzəkən kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən kənd sakini Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR