Prokurorluq Şərurda abituriyentin intiharı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 28 iyul 2022 11:32 (UTC +04:00)

Baş Prokurorluq Şərurda abituriyentin intiharı barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şərur rayon sakini 2005-ci il təvəllüdlü Rzayeva Laçın Ümman qızının iyulun 23-də yaşadığı evin həyatyanı sahəsindəki bağda özünü asaraq intihar etməsi faktı ilə bağlı hazırda Şərur rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Laçın Rzayeva imtahanda az bal topladığına görə intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR