Prokurorluq: Yevlaxda polisin azyaşlıya zorakılıq etməsi ilə bağlı araşdırma başlanıb - YENİLƏNİB

Prokurorluq: Yevlaxda polisin azyaşlıya zorakılıq etməsi ilə bağlı araşdırma başlanıb - YENİLƏNİB
# 21 sentyabr 2022 19:41 (UTC +04:00)

Yevlax rayon prokurorluğunda polisin azyaşlını döyməsi barədə məlumat araşdırılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Yevlax şəhəri S. Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.

***

17:41

Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.

DİN mətbuat xidmətinin Bərdə Reginal qrupundan APA-ya verilən məlumata görə, rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib.

Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR