Prokurorluqda 3 ayda 273 cinayət işinin istintaqı tamamlanıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 25 aprel 2022 11:01 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

"Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 273-dür.
Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR