Qaçaqmalçılıqla ölkəyə külli miqdarda narkotik keçirən şəxslərə hökm oxunub

Qaçaqmalçılıqla ölkəyə külli miqdarda narkotik keçirən şəxslərə hökm oxunub
# 20 aprel 2022 15:49 (UTC +04:00)

Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik keçirən Novruzəli Novruzov və Amid Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Novruzovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Novruzəli Novruzov 11 il, Amid Həmzəyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib ki, paytaxtın Yasamal, Səbail, eləcə də Cəlilabad rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı xaricdə yaşayan və ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq sərhədyanı rayonların ərazilərində narkotik vasitələri əldə edib Bakı şəhərinə gətirən daha sonra burada həmin maddələrin onlayn yolla hissə-hissə müxtəlif şəxslərə çatdırmaqla satışını təşkil edən şəxslər saxlanılıblar. Tədbirlər zamanı qeyd edilən qanunazidd əməllərlə məşğul olan Cəlilabad rayon sakinləri əvvəllər məhkum olunmuş Novruzəli Novruzov, onun həmyerlisi Amid Həmzəyev Müvafiq olaraq Novruzəli Novruzov və Amid Həmzəyevin üzərindən və Bakı şəhərində gizlətdikləri ünvanlardan satış üçün əldə etdikləri ümumi çəkisi 6 kiloqram 781 qram olan heroin, tiryək, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Novruzəli Novruzov Cəlilabad və ətraf rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə rəhbərlik edən, həmçinin paytaxt ərazisinə narkotik vasitələri gətirərək satışını təşkil edən əsas şəxslərdən biri olub. O, narkotik vasitələrin satışı zamanı şəxsiyyətini gizli saxlamaq üçün “Ataş” adından istifadə edirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR