Qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb - VİDEO

Qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb - VİDEO
# 20 yanvar 2022 10:20 (UTC +04:00)

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Ağdaş şəhər sakini ona məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, müraciətlə əlaqədar Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Məhəmməd Abbasov saxlanılıb. O, ifadəsində qaçırdığı nəqliyyat vasitəsini yaşadığı Mingəçevir şəhərində apardığını və orada ehtiyat hissələrini söküb, satmaq məqsədilə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR