Qadını naqillə boğub öldürən şəxsə ağır cəza verilib

Qadını naqillə boğub öldürən şəxsə ağır cəza verilib
# 19 may 2022 10:34 (UTC +04:00)

Bakıda tanışı olan qadını qətlə yetirməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Eynur Əlizadə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 31 yaşlı Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb. Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR