Qadının evinə basqın edən şəxslərə hökm oxunub

Qadının evinə basqın edən şəxslərə hökm oxunub
# 17 iyul 2019 15:21 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənzilə basqın etməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Ələddin Muradov, 1991-ci il təvəllüdlü Orxan Məmmədov və 1992-ci il təvəllüdlü Şamxal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Ələddin Muradov 13 il 6 ay, Orxan Məmmədov 13 il, Şamxal Həsənov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq ediblər. Daha sonra D. Əhmədovaya bədən xəsarətləri yetirərək mənzildən 11 min 376 manatlıq oğurluq edib, əsasən qızıl-zinət əşyaları ələ keçiriblər.

Onlara Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR