Qanunsuz saxlanılan 5 ov tüfəngi götürülüb  

Qanunsuz saxlanılan 5 ov tüfəngi götürülüb  
# 28 yanvar 2022 10:16 (UTC +04:00)

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 27-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi götürülüb.

DİN-dən APA-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR