Qaradağda bıçaqlanma olub

Qaradağda bıçaqlanma olub
# 07 fevral 2023 09:58 (UTC +04:00)

Fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR