Qaradağda 2 avtomobil toqquşub, yaralılar var

Qaradağda 2 avtomobil toqquşub, yaralılar var
  • Clock-gray 20:37
  • calendar-gray 17 Noyabr 2019

Bakının Qaradağ rayonu ərazisində “Meyvəli bazar”ın yaxınlığında iki avtomobilin toqquşması nəticəsində iki nəfər yaralanıb.

APA-nın məlumatına görə, qəza nəticəsində yaralananlar 1967-ci il təvəllüdlü Həsənov Natiq Misirxan oğlu və 1991-ci il təvəllüdlü Astara rayon sakini Verdiyev Sübhan Əhədulla oğludur. 

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. N.Həsənova döş qəfəsinin küt travması, S.Verdiyevə isə başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date