Qaradağda 8 otaqlı evdə yanğın baş verib

Qaradağda 8 otaqlı evdə yanğın baş verib
# 20 iyul 2019 14:14 (UTC +04:00)

Bakının Qaradağ rayonu ərazisində yerləşən ikimərtəbəli 8 otaqlı evdə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyünün, tavanının yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR