Qaradağda zavoddan oğurluq edilib

Qaradağda zavoddan oğurluq edilib
# 25 yanvar 2023 11:21 (UTC +04:00)

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən zavodlardan birinin həyətindən dəmirüyüdən dəzgahın mühərrikinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini Anar Yusifov və Qazax rayon sakini Elturan Nəsibzadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR