Qaraməryəm-Şəki yolunda hərəkət bərpa olunub - FOTO - YENİLƏNİB-1

Qaraməryəm-Şəki yolunda hərəkət bərpa olunub  - FOTO  - YENİLƏNİB-1
# 04 iyun 2023 01:49 (UTC +04:00)

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, aşan ağac ərazidən götürülüb.

***

01.19

Xəbərə foto əlavə olunub.

***

01.10

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkət dayanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün saat 23 radələrində Oğuz rayon ərazisində güclü küləklə müşahidə olunan leysan yağışı yağıb.

Gücıü külək səbəbindən Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli qovaq ağacı yıxılıb. Yolda maşınların hərəkəti müvəqqəti dayanıb. Hazırda ərazidə təmizləmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR