Qarlı hava Gədəbəy yollarında problem yaradıb - FOTO

Qarlı hava Gədəbəy yollarında problem yaradıb - FOTO
# 06 dekabr 2022 12:31 (UTC +04:00)

Gədəbəydə qar yağması nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.

APA-nın yerli bürosunun məlumatına görə, ötən gündən başlayan qar nəticəsində Gədəbəy rayonunun bir çox ərazilərində yollar buz bağlayıb. Yolların buz bağlaması avtomobillərin hərəkətində çətinliklərə səbəb olub, avtomobillər yolda qalıb.

Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda müəyyən tədbirlər həyata keçirib. Nəqliyyatın hərəkətində yaranan çətinlikləri aradan qaldırmaq üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 32 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən yollara qum-duz qarışığı səpilir.

Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR