Qarqar çayının daşması nəticəsində Ağdamın kəndlərinə sel gəlib - VİDEO

Qarqar çayının  daşması nəticəsində Ağdamın kəndlərinə sel gəlib - VİDEO
# 09 may 2022 16:30 (UTC +04:00)

Qarqar çayının daşması nəticəsində Ağdamın kəndlərinə sel gəlib. Sel suları otlaq, əkin sahələrini və kənd məzarlığını basıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, daşqınlar əsasən çayın Ağdam rayon Əfətli kəndi ərazisindən keçən hissəsində olub. Həmçinin sel, sahə və qəbristanlıq yolunda qurulmuş körpünü də yuyub.

Daşqınlar baş verən əraziyə Ağdam Mexaniki Suvarma İdarəsinin texnikaları cəlb edilib. Baş verə biləcək digər fəsadların qarşısının alınması məqsədi ilə tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR