Zaqatalada 6 bal gücündə zəlzələ olub, yeraltı təkan ətraf rayonlarda 5-3 bala qədər hiss edilib - YENİLƏNİB

Zaqatalada 6 bal gücündə zəlzələ olub, yeraltı təkan ətraf rayonlarda 5-3 bala qədər hiss edilib - YENİLƏNİB
# 10 avqust 2019 12:18 (UTC +04:00)

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.

RSXM-dan APA-ya verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

***

12:18

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.

RSXM-dan APA-ya verilən məlumatda bildirilir ki, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Yeraltı təkan 3 km dərinlikdə baş verib.

***

11.48

Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.

APA xəbər verir ki, yeraltı təkanlar hiss olunub.

Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) təsdiqləyiblər.

Zəlzələ barədə RSXM rəsmi məlumat da yayıb. RSXM-dən APA-a verilən məlumata görə, bu gün saat 11:35-də Zaqatala stansiyasindan 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

4.9 maqnitudada baş verən zəlzələnin dərinliyi 2 km olub.

Zəlzələ hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR