Qax sakini dərmandan zəhərlənib

Qax sakini dərmandan zəhərlənib
# 23 mart 2023 22:59 (UTC +04:00)

Qaxda 43 yaşlı qadın dərmandan zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakini 1980-cı il təvəllüdlü Şəbnəm İslam qızı İsmayılova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı qadının dərmandan zəhərləndiyi məlum olub. Ş. İsmayılovaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR