Qax sakinini ilan sancıb

Qax sakinini ilan sancıb
# 19 iyul 2022 19:24 (UTC +04:00)

Qaxda 53 yaşlı kişini ilan sancıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Ləkit kənd sakini, 1969-cu il təvəllüdlü Nail Əsədullah oğlu Hacıyev ilan sancması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Nail Hacıyevə lazımi tibbi yardım göstərilib, lakin onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakıya, Respublika Toksikologiya Mərkəzinə göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR