Qaxda 17 yaşlı qız dərmandan zəhərlənib

Qaxda 17 yaşlı qız dərmandan zəhərlənib
# 05 dekabr 2022 10:24 (UTC +04:00)

Qaxda 17 yaşlı qız dərmandan zəhərlənib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, dekabrın 4-dən 5-ə keçən gecə rayonun Güllük kənd sakini, 2005-ci il təvəllüdlü Xədicə Sirac qızı Kərimova zəhərlənmə əlamətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun müxtəlif dərman həbləri qəbul edərək zəhərləndiyi məlum olub.

X. Kərimova Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, X. Kərimova intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR