Qaxda 30 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Qaxda 30 yaşlı kişi bıçaqlanıb  - YENİLƏNİB
# 19 avqust 2022 23:20 (UTC +04:00)

Qaxda baş verən bıçaqlanma ilə bağlı bəzi təfərruatlar məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində fəaliyyət göstərən kafelərin birində olub. Kafeni işlədən Sahib Muxtarovla müştəri arasında mübahisə baş verib. Mübahisə zamanı müştəri S.Muxtarovu qarın boşluğundan bıçaqlayıb. Bıçaq S.Muxtarovun qaraciyərini zədələyib.

Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirilir.

***

22.37

Qaxda bıçaqlanmış 30 yaşlı kişinin vəziyyəti ağırdır.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 20 radələrində rayonun Əmbərçay kənd sakini, 1992-ci il təvəllüdlü Sahib Tofiq oğlu Muxtarov bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı S. Muxtarovun üzərində təcili əməliyyat keçirilməsi qərarı verilib, hazırda cərrahiyyə əməliyyatı aparılır.

Hadisə ilə bağlı Qax rayon Polis Şöbəsində təhqiqat başlanılıb. S. Muxtarovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR