Qaxda 49 yaşlı çoban intihar edib

Qaxda 49 yaşlı çoban intihar edib
# 29 yanvar 2023 14:52 (UTC +04:00)

Qaxda çobanlıq edən 49 yaşlı kişi intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qax rayonunun Sarıca ərazisində baş verib.

Şəki rayon sakini 1974- ci il təvəllüdlü Qarayev Fikrət özünü çoban işlədiyi fermada asaraq intihar edib. Meyit müayinə olunmaq üçün morqa yerləşdirilib.

Fikrət Qarayevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR