Qaxda avtomobil ağaca çırpılıb, ölən var

Qaxda avtomobil ağaca çırpılıb, ölən var
# 02 fevral 2023 10:25 (UTC +04:00)

Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Qax şəhərindəki Heydər Əliyev prospektində qeydə alınıb.

1963-cü il təvəllüdlü Yusifov Şövkət Mənəf oğlunun idarə etdiyi "BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı şam ağacına çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Sürücünün ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR