Qaxda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - SİYAHI - YENİLƏNİB

Qaxda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb  - SİYAHI - YENİLƏNİB
# 17 sentyabr 2019 15:40 (UTC +04:00)

Qaxda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 2003-cü il təvəllüdlü Taleh Elman oğlu Süleymanov, 1996-cı il təvəllüdlü Məhəmməd Vüqar Oğlu Abdullayev, 1987-ci il təvəllüdlü Səidə Kəmal qızı Nəzirova, 2002-ci il təvəllüdlü Bəhlul Vahid qızı İbrahimli və 2002-ci il təvəllüdlü Mahsun Ülfət oğlu Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 15:36

Qaxda baş verən yol qəzasında xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Hazırda yaralıların müalicəsi davam edir.

***

Saat 15:29

Qaxda iki avtomobil toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xələftala kəndi ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR