Qaxda həmyerlisini bıçaqlayıb qaçan şəxs saxlanılıb

Qaxda həmyerlisini bıçaqlayıb qaçan şəxs saxlanılıb
# 01 noyabr 2022 10:07 (UTC +04:00)

Qaxda həmyerlisini bıçaqlayıb hadisə yerindən qaçan şəxs saxlanılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə törətməkdə şübhəli sayılan, 1985-ci il təvəllüdlü Vüqar Firuddin oğlu Mustafayev Qax Rayon polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, oktyabrın 30-dən 31 keçən gecə rayonun Qaxbaş kənd sakini 1982-ci il təvəllüdlü Ruslan Mahmud oğlu Mustafayevlə Vüqar Mustafayev arasında şəxsi münasibətlər zəminində dava yaranıb. Dava zamanı Vüqar Mustafayev üzərində olan bıçaqla Ruslan Mustafayevin qarın boşluğundan bıçaqlayıb hadisə yerindən qaçmışdı. Ruslan Mustafayev Qax Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR