Qaxda iki maşın toqquşub, 1 nəfər ölüb, polis xəsarət alıb

Qaxda iki maşın toqquşub, 1 nəfər ölüb, polis xəsarət alıb
# 26 may 2023 10:18 (UTC +04:00)

Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, dünən saat 23 radələrində Qax rayonunun İlisu kəndi ərazisində polis nəfəri Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə 1995-ci il təvəllüdlü rayon sakin Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və “VAZ-2106”-dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq, M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR