Qaxda iki minik maşını toqquşub, xəsarət alanlar var -ADLAR - YENİLƏNİB

Qaxda iki minik maşını toqquşub, xəsarət alanlar var -ADLAR   - YENİLƏNİB
# 18 sentyabr 2023 21:04 (UTC +04:00)

Qaxda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, onlar rayon sakinləri, 1999-cu il təvəllüdlü Mirzəyev Vetxviya Çingiz oğlu və 1981-ci il təvəllüdlü Qulaşvili Mamuka Şota oğludur.

Onların müalicəsi davam etdirilir.

***

Saat 20:13

Qaxda yol-nəqliyyat hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Qaxbaş kəndində "VAZ 2107" markalı minik maşını ilə "QAZ 21" toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda yaralıların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR