Qaxda itkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapılıb - YENİLƏNİB

Qaxda itkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapılıb - YENİLƏNİB
# 02 iyun 2023 11:39 (UTC +04:00)

Mayın 25-də itkin düşmüş 1953-cü il təvəllüdlü Davud Yusifovun iyunun 2-də yanmış meyitinin aşkar edilməsi faktı üzrə Qax rayon prokurorluğunda araşdırma aparılır.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

10.11

Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 70 yaşlı Davud Yusifovun meyiti bu gün səhər saatlarında Kürmük çayı yaxınlığında tapılıb. Meyitin üzərində yanıq xəsarətləri olub. İlkin ehtimala görə, D. Yusifov özünü yandıraraq intihar edib.

Qeyd edək ki, D. Yusifov mayın 25-i yaşadığı evdən çıxıb geri qayıtmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR