Qaxda piyadanı maşın vurub

Qaxda piyadanı maşın vurub
# 02 yanvar 2023 22:51 (UTC +04:00)

Qaxda 40 yaşlı piyadanı maşın vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri ərazisində baş verib.

Qax şəhər sakini, 1982-ci il təvəllüdlü Hümbət Həmid oğlu Hümbətovu “Nissan” markalı minik avtomobili vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. H. Hümbətova sağ aşağı ətrafın bud sümüyünün sınığı dioqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR