Qaxda qadın kişini bıçaqlayıb

Qaxda qadın kişini bıçaqlayıb
# 01 iyun 2023 11:14 (UTC +04:00)

Qaxda bıçaqlanma hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən tanışı Q.Mahmudovanın yanına gələrək onun mobil telefonunu götürüb. Bir neçə saatdan sonra isə T.Qurbanov yenidən obyektə qayıdıb və Q.Mahmudova ilə mübahisə edərək onu döyüb. Qadın isə mübahisə zəminində ona bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, daxil olmuş məlumatlar əsasında Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin olunub və tərəflərin izahatları alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR