Qaxda uşağı it dişləyib

Qaxda uşağı it dişləyib
# 23 avqust 2019 21:12 (UTC +04:00)

Qax rayonunun Ağçay kənd sakini, 2009-cu il təvəllüdlü İsmayılzadə Musa Atəş oğlunu it dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, o, dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən bildirilib ki, M.İsmayılzadəyə yaşadığı kəndin ərazisində küçə iti hucum edərək, onun sol qolundan dişləyib.

M.İsmayılzadəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR