Qaxda yük maşını ilə minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb

Qaxda yük maşını ilə minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb
# 20 sentyabr 2019 21:02 (UTC +04:00)


Qax şəhərinin girişində axşam saat 20 radələrində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində üç nəfər, Qax rayon sakinləri - 1993-cü il təvəllüdlü Rahib Məmmədnur oğlu Manəfov, 1994-cü il təvəllüdlü Yunus Miraləm oğlu Şəkiliyev və Şəki rayon sakini 1992-ci il təvəllüdlü İlham Vaqif oğlu Əhmədov xəsarət alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlar xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR