Qaxda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Qaxda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - YENİLƏNİB
# 14 oktyabr 2019 20:37 (UTC +04:00)

Qax-Zaqatala avtomobil yolunda baş verən yol qəzasında “Hyundai” markalı 99 HV 848 dövlət nömrə nişanlı yük maşınında sıxılmış vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Ceyhun Xanəli oğlu Zeynalov xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış Təcili Yardım briqadasına təhvil verilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, C.Zeynalov Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, ona sol bud sümüyünün sınığı dioqnozu qoyulub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

****

19:51

Qaxda zəncirvari yol qəzası baş verib, xəsarət alan var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 19.00 radələrində Qax-Zaqatala avtomobil yolunun Süskənd kəndi ərazisindən keçən hissəsində iritonnajlı yük maşını bir neçə avtomobillə toqquşub.

Hadisəni araşdırmaq üçün əraziyə Qax rayonunun hüquq-mühafizə orqan əməkdaşları cəlb edilib. Yük maşınında sıxılmış vəziyyətdə qalan sürücünü çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR