Qayınatasını döyməkdə təqsirləndirilən beşqat dünya çempionuna hökm oxunub

Qayınatasını döyməkdə təqsirləndirilən beşqat dünya çempionuna hökm oxunub
# 25 iyun 2019 19:54 (UTC +04:00)

Qayınatasına qarşı xuliqanlıqda və onu döyməkdə təqsirləndirilən beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR