Qaz sayğacını satmaq istəyən şəxs saxlanılıb - FOTO

Qaz sayğacını satmaq istəyən şəxs saxlanılıb - FOTO
# 19 yanvar 2022 16:06 (UTC +04:00)

Yanvarın 18-də Tap.az saytında “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb.

“Azəriqaz”dan APA-ya verilən məlumata görə, məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib. Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir.

“Azəriqaz” İB olaraq vətəndaşlardan xahiş edir, bu kimi hallardan çəkinsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR