Qazax sakini naməlum şəraitdə bıçaqlanıb

Qazax sakini naməlum şəraitdə bıçaqlanıb
# 18 avqust 2019 23:01 (UTC +04:00)

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 33 yaşlı Seymur Qocayev naməlum şəraitdə bıçaq xəsarəti alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, 33 yaşlı kişi əməliyyat olunub, onun vəziyyəti kafi olaraq qalır.

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR