Qazaxda 3 maşın toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Qazaxda 3 maşın toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
# 30 sentyabr 2022 18:09 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazaxda baş verən yol qəzası barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Xanlıqlar kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “UAZ” markalı iki minik avtomobili toqquşub, avtomobildə 1 nəfər sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

14.33

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

"VAZ 2109", "Mercedes" və digər minik maşınının toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR