Qazaxda kütləvi davada 1 nəfər bıçaqlanıb, 3 nəfər döyülüb

Qazaxda kütləvi davada 1 nəfər bıçaqlanıb, 3 nəfər döyülüb
# 30 sentyabr 2022 07:56 (UTC +04:00)

Qazaxda kütləvi dava olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

2000-ci il təvəllüldü Abdula Abdulayev bıçaqlanma diaqnozu, İlqar Abdulayev, 1969-cu il təvəllüdlü Məmməd Qocayev və onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev isə müxtəlif bədən xəsarəti (döyülmə) ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər dava zamanı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR