Qazaxda mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alanlar var

Qazaxda mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alanlar var
# 17 yanvar 2023 20:43 (UTC +04:00)

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Hərəkətdə olan kiçik tutumlu sərnişin avtobusu ilə minik maşını toqquşub.

Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR