Qazaxda mina partlayıb, bacı-qardaş xəsarət alıb

Qazaxda mina partlayıb, bacı-qardaş xəsarət alıb
# 23 aprel 2022 18:13 (UTC +04:00)

Qazaxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndinə qeydə alınıb. Kənd sakinləri olan 12 yaşlı Cavad Nuriyev və bacısı 14 yaşlı Nuray Nuriyeva təsərrüfatda qoyun otaran zaman yanlarında mina partlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Nabat Nuriyevanın vəziyyətinin normal olduğu, qardaşı Cavad Nuriyevin isə əl və üzündən müxtəlif xəsarətlər aldığı bildirilir. Onun vəziyyəti ağır olduğundan Bakıya gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR