Qazaxda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

Qazaxda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb
# 18 yanvar 2022 00:59 (UTC +04:00)

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1997-ci il təvəllüdlü Ş.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR