Qazaxda minik maşını aşıb, 2 nəfər ölüb - FOTO - VİDEO

Qazaxda minik maşını aşıb, 2 nəfər ölüb - FOTO  - VİDEO
# 09 dekabr 2022 08:07 (UTC +04:00)

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Kamil Qaragözov və 1981-ci il təvəllüdlü Rəşad Vəliyev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR