Qazaxda minik maşını aşıb, xəsarət alan var

Qazaxda minik maşını aşıb, xəsarət alan var
# 09 fevral 2023 08:28 (UTC +04:00)

Qazaxda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlunatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1993-cü il təvəllüdlü Amil İbişov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR