Qazaxda avtobusla vurulan qadın ölüb

Qazaxda avtobusla vurulan qadın ölüb
# 17 iyul 2019 11:52 (UTC +04:00)

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) APA-ya verdiyi məlumata görə, dünən Qazax şəhəri ərazisində Ağstafa rayon sakini E.Hüseynov idarə etdiyi “Otoyol” markalı avtobusla həmyerlisi İradə Tanrıverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR