Qazaxda toy karvanında silahdan atəş açan şəxs tutulub - VİDEO - FOTO - YENİLƏNİB-1

Qazaxda toy karvanında silahdan atəş açan şəxs tutulub - VİDEO - FOTO - YENİLƏNİB-1
  • Clock-gray 16:52
  • calendar-gray 11 Noyabr 2019

Xəbərə hadisəni törədən şəxsin fotoları əlavə edilib.

***

Saat 15:19

Qazaxda toy karvanında odlu silahdan havaya atəş şəxsin kimliyi müəyyənləşib.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, məlum görüntülər sosial şəbəkələrdə yayılandan dərhal sonra polis tərəfindən araşdırma aparılıb. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşib.

Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində toy karvanında ov tüfəngindən havaya atəş açan Ağstafa rayon sakini, 25 yaşlı Orxan Əlizadə saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

O.Mansurzadə qeyd edib ki, hazırda faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.  

APA-nın əldə etdiyi xəbərə görə, O.Əlizadə əsgər yoldaşı Vələd Yusifovun toy mərasiminə gedibmiş. Hadisə zamanı istifadə olunan silah isə O.Əlizadənin atasına məxsus olub.

***

Saat 10:47

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

Hafiz Heydərov

Digər xəbərlər

Arxiv

date