Qazaxdakı qəzalarda 2 nəfər xəsarət alıb

Qazaxdakı qəzalarda 2 nəfər xəsarət alıb
# 26 sentyabr 2022 21:26 (UTC +04:00)

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Dəmiryolu vağzalının yaxınlığında qeydə alınıb.

Hərəktədə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 10 yaşlı oğlanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər qəza rayonun Dəmirçilər kəndində baş verib. Hərəkətdə olan VAZ-2106 ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 1979-cu ildə anadan olmuş Elməddin Xəlilov xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR